"Qarabağ" 400 minə futbolçu alır
Paylaş:
“Qarabağ” Nikaraqua millisinin futbolçusu Xuan Barrera ilə maraqlanır. Ağdam klubu hazırda Qvatemalanın “Komunikasyones” komandasında forma geyinən 28 yaşlı cinah yarımmüdafiəçisini transfer etmək istəyir.
Məlumatı "elnuevodiario.com.ni" saytı yayıb. Bildirilib ki, “Qarabağ” nikaraqualı futbolçu üçün klubu 400 min dollar ödəməyə hazırdı.
Xuan Barrera karyerası ərzində ölkəsində “Real Esteli”, “Valter Ferretti”, Panamanın “Tauro”, Venesuelanın “Deportivo Petare”, Avstriyanın “Villa Austria” və “Altax” klublarının formasını geyinib. 2009-cu ildən Nikaraqua millisinə dəvət edilən Xuan Barrera yığmanın heyətində 42 oyun keçirib, 10 qola imza atıb.
| Paylaş: