"Qarabağ" yoxlama oyununda darmadağın oldu
Paylaş:
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama oyununu keçirib.
Son çempion Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşıb. Görüş təmsilçimizin böyük hesablı məğlubiyyətiylə başa çatıb - 2:5.
"Qarabağ" Avstriyadakı ilk yoxlama görüşündə Rusiya "Axmat"ına uduzub - 0:1.
Yoxlama oyunu
“Qarabağ” – ÇSKA (Bolqarıstan) - 2:5
Qollar: Ağabala Ramazanov, 54, Dino Ndlovu, 75
| Paylaş: