')

Bu gün:


FutbolPress.Az | Azərbaycanlı futbolçu Premyer Liqa klubunda

Azərbaycanlı futbolçu Premyer Liqa klubunda


oxunma sayı: 984 Paylaş:

FutbolPressAzərbaycanlı futbolçu Azər Əliyev Rusiyada klub dəyişib. Son olaraq I Divizion təmsilçisi "Yenisey"də (69 oyun, 5 qol) çıxış edən futbolçu Rusiya Premyer Liqasında mübarizə aparan "Krılya Sovetov"la müqavilə imzalayıb.

Məlumatı klubun rəsmi saytı yayıb. Bildirilib ki, tərəflər arasında 1 illik müqavilə imzalanıb. Əliyev yeni klubunda 10 nömrəli formanı geyinəcək.

23 yaşlı yarımmüdafiəçi Premyer Liqa klubuna keçidi barədə bunları deyib:

"Krılya Sovetov"a keçdiyim üçün çox xoşbəxtəm. İstəyirəm komandamız yaxşı nəticələri ilə azarkeşləri sevindirsin. Qarşımızda duran vəzifəni başa düşürəm. Bilirəm ki, bunu yerinə yetirmək üçün hər şeyi etməliyəm".


oxunma sayı: 984 | Paylaş:




?>