Bu gün:


FutbolPress.Az | Prosineçki qərarını verdi - "Bursaspor"a gedir

Prosineçki qərarını verdi - "Bursaspor"a gedir


oxunma sayı: 864 Paylaş:

FutbolPressRobert Prosineçki Azərbaycan millisinin baş məşqçisi postunu tərk edəcək. O, Türkiyənin "Bursaspor" klubunu çalışdıracaq.

Tərəflər arasında 2 illik müqavilə barədə razılıq əldə edilib. Bursa təmsilçisinin prezidenti Ali Ayın rəhbərliyi ilə aparılan danışıqlar son mərhələyə çatıb.

Bu gün AFFA rəhbərliyi ilə görüşən Prosineçki qərarını onlara bildirib. O, "Bursaspor"da işləmək istədiyini açıq şəkildə söyləyib. Sabah müqaviləyə xitam verilməsi işlərini tamamlayacaq xorvatiyalı çalışdırıcı daha sonra müqavilə imzalamaq üçün Türkiyəyə gedəcək. ("Ajansspor")


oxunma sayı: 864 | Paylaş: