')

Bu gün:


FutbolPress.Az | "Bu, Azərbaycanla oyunöncəsi yaxşı stimul ola bilər"

"Bu, Azərbaycanla oyunöncəsi yaxşı stimul ola bilər"


oxunma sayı: 178 Paylaş:

FutbolPressDÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Azərbaycan millisi ilə qarşılaşacaq Şimali İrlandiya bu gün Yeni Zelandiya ilə yoldaşlıq görüşü keçirəcək.

Komandanın kapitanı Stiven Devis oyunöncəsi açıqlama verib. O, bu matçın vacib olduğunu bildirib:

"Vindzor Park"da yaxşı atmosfer olacağını gözləyirəm. Hər iki komanda üçün vacib görüşdür. Bizi Azərbaycanla çətin səfər oyunu gözləyir. Çalışacağıq ki, fürsətlərdən maksimum yararlanaq. Azərbaycanla qarşılaşamdan əvvəl bu oyunda qalib gəlmək yaxşı olardı. Bu, bizim üçün yaxşı stimul ola bilər".

Şimali İrlandiya - Azərbaycan oyunu iyunun 10-u, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


oxunma sayı: 178 | Paylaş:




?>