')

Bu gün:


FutbolPress.Az | Dmitri Nağıyev "Dnepr"dən ayrılır? (AÇIQLAMA)

Dmitri Nağıyev "Dnepr"dən ayrılır? (AÇIQLAMA)


oxunma sayı: 426 Paylaş:

FutbolPress"Dnepr"in azərbaycanlı futbolçusu Dmitri Nağıyev açıqlama verib.

Klubun rəsmi saytına danışan gənc oyunçu əvvəlcə dünən baş tutan və azarkeşlərin pirotexniki vasitələrdən istifadəsi səbəbilə yarımçıq dayandırılan Premyer Lİqanın son turunun "Volın"la oyunu barədə fikirlərini bildirib:

"Əlbəttə, sona qədər oynamaq istəyirdik, ancaq bütün komanda azarkeşləri başa düşür. "Dnepr" onlar üçün sadəcə bir futbol klubu yox, gündəlik həyatlarının bir hissəsi idi. Böyük ehtimalla bu, mövsüm üçün azarkeş sayında rekord oldu. Dolu tribunalar önündə oynamaq zövq verir. Onları sevindirmək istəyirdik. Premyer Liqanı tərk etmişik - bu, başqa məsələdir, ancaq bu gün cəhd etdik, meydanda mübarizə apardıq. Əgər onlar belə olmadığını düşünürlərsə, üzr istəyirəm. Azarkeşlərimizə təşəkkür edirəm. Hər şeyin düzələcəyini deyirlər. Buna inanmaq istəyirəm".

Nağıyev "Dnepr"dəki gələcəyi barədə bunları deyib:

"Hələlik bu barədə danışmaq istəmirəm. İstirahətin sonunda hər şey aydın olacaq. Tətil müddətində klubun direktoru Andrey Stetsenko ilə görüşəcəm. Komanda yenidən toplananda isə nəyin necə olacağı dəqiqləşəcək".


oxunma sayı: 426 | Paylaş:




?>