Bu gün:


FutbolPress.Az | Şəhriyar Məmmədyarov ilk "5-lik"də!

Şəhriyar Məmmədyarov ilk "5-lik"də!


oxunma sayı: 104 Paylaş:

FutbolPressBeynəlxalq Şahmat Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. 

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov yenidən ilk "5-liy"ə qayıdıb. Karyerası ərzində ilk dəfə reytinq xalını 2800-ə çatdıran həmyerlimiz 5-ci yerdə qərarlaşıb.

Digər azərbaycanlı "iti zəka sahibləri"ndən Teymur Rəcəbov 28-ci (2724), Arkadi Naydiç 37-ci (2710), Rauf Məmmədov 58-ci (2689) və Eltac Səfərli 97-ci (2656) pilədədir.

Siyahıya 2832 reytinq xalı ilə norveçli Maqnus Karlsen başçılıq edir. Onu ABŞ qrossmeysteri So Uesli  izləyir - 2812. İlk üçlüyü 2808 xalla rusiyalı Vladimir Kramnik tamamlayır.


oxunma sayı: 104 | Paylaş: