Kvekveskiri rəsmən Qazaxıstan klubunda
Paylaş:
"Qəbələ"nin futbolçusu Nika Kvekveskiri Qazaxıstanın "Tobol" klubu ilə münasibətləri rəsmiləşdirib. O, Kostana təmsilçisi ilə 1.5 illik müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kvekve "Tobol"da 21 nömrəli formanı geyinəcək.
Gürcüstanlı futbolçu "Qəbələ"yə ötən ilin yayında "İnter"dən keçmişdi.
| Paylaş: