')

Bu gün:


FutbolPress.Az | "MOİK ordunun 100 illiyində Premyer Liqaya çempion olaraq qayıdacaq"

"MOİK ordunun 100 illiyində Premyer Liqaya çempion olaraq qayıdacaq"


oxunma sayı: 608 Paylaş:

FutbolPressBir müddət əvvəl mətbuatda MOİK-in futbol komandasının fəaliyyətini dayandıra biləcəyi ilə bağlı məlumat yayılmışdı. 2016/17 mövsümü başa çatandan sonra digər komandalar kimi "kölgəyə çəkilən" "hərbçilər"in düşərgəsindəki son durum, ümumiyyətlə, komandanın aqibətinin necə olacağı ilə bağlı komandanın baş məqşçisi Ramil Əliyev açıqlama verib.

Gənc mütəxəssis yeni mövsümlə bağlı inamlı danışıb: "MOİK futbol klubu 1961-ci ildən mövcuddur və mövcudluğunu davam etdirəcək. Biz Ordunun 90 illiyində Premyer Liqaya vəsiqə qazanmışdıq. Ordunun 100 illiyində isə Premyer Liqaya çempion olaraq vəsiqə qazanacağıq. Buna əmin ola bilərsiniz".

MOİK 1961-ci ildə Bakı şəhərində yaradılıb. 1990-cı ilə qədər SSRİ Müdafiə Nazirliyinin himayəsində olub, 1993-cü ildən isə Azərbaycan Müdafiə Nazirliyinin tabeliyinə keçib.

Azərbaycanda Silahlı Qüvvələr günü iyunun 26-da qeyd edilir. Bu tarix öz başlanğıcını 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının iyunun 26-da ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılması barədə qərarından götürür.


oxunma sayı: 608 | Paylaş:




?>