Yığmanın finaldakı rəqibi məlum oldu
Paylaş:
Azərbaycan U-23 millisinin İslamiadada futbol yarışının finalındakı rəqibi müəyyənləşib.
Bu, Oman yığması olub. Omanlılar yarımfinalda Kamerun yığmasını mübarizədən kənarlaşdıraraq, həlledici oyuna vəsiqə qazanıblar.
Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq olan Oman 4:3 hesabı ilə qalib gəlib və millimizə rəqib olub.
Final görüşü mayın 21-də keçiriləcək.
| Paylaş: