')

Bu gün:


FutbolPress.Az | Çempion və kubokun sahibi mükafatlandırıldı

Çempion və kubokun sahibi mükafatlandırıldı


oxunma sayı: 99 Paylaş:

FutbolPressABU Arenada futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. 

Qarşılaşmadan əvvəl ölkə çempionatının bürünc, gümüş və qızıl medalları müvafiq olaraq EKOL, “Neftçi” İK və “Araz” komandasının üzvlərinə təqdim edilib. Çempionatın ən yaxşı baş məşqçisi İlqar Aslanov, ən yaxşı oyunçusu Namiq Məmmədkərimov (EKOL), ən yaxşı qapıçısı isə Rövşən Hüseynli (“Araz”) seçilib. Mövsüm ərzində 56 qol vuran “Araz”ın hücumçusu Teles Martins Tyaqo isə ölkə çempionatının bombardiri olub. Komandalara diplom, medalları və kuboku beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim edib.

Azərbaycan kubokunun final oyununda isə “Neftçi” İK və “Baku Fire” komandaları qarşılaşıb. Qarşılaşma 7:5 hesabı ilə “Neftçi” İK-nın xeyrinə başa çatıb. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Nicat Qafarlı final matçının ən yaxşı oyunçusu seçilib. Mükafatları futzal federasiyasının baş katibi Mahmud Sadıqov təqdim edib.


oxunma sayı: 99 | Paylaş:




?>