')

Bu gün:


FutbolPress.Az | Samir Abasov "Dinamo"ya getdi

Samir Abasov "Dinamo"ya getdi


oxunma sayı: 591 Paylaş:

FutbolPressDünyaca məşhur Zaqreb "Dinamo"su ilə "Sumqayıt" arasında əldə olunmuş razılığa əsasən, komandanın baş məşqçisi Samir Abasov və akademiyanın koordinatorları Baba Əsgərov və Sabir Əliyev adıçəkilən klubun düşərgəsinə yollanıb.

Təcrübə qazanmaq məqsədi ilə 15-20 may tarixlərində baş tutacaq səfər AFFA-nın və Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin dəstəyi ilə həyata keçirilib.

Təcrübə məqsədi ilə ölkə xaricindəki klublardan birinə yollanmaq Samir Abasov və Baba Əsgərovun UEFA-nın "Pro" kateqoriyalı məşqçi kurslarını uğurla başa vurması üçün önəmli şərtlərdən biridir. Sabir Əliyev isə bu səfər zamanı adıçəkilən klubun aşağı yaş qruplarında qurulmuş sistemlə yaxından maraqlanacaq.

Ümumilikdə isə hər 3 məşqçi Xorvatiyada olduğu 5 gün müddətində "Dinamo"nun məşq prosesini izləməklə yanaşı, akademiyanın iş prinsipi ilə də yaxından tanış olacaq. Məşqçilərimiz Xorvatiyada olduğu müddətdə U-17 Avropa Çempionatının final oyununu da izləyəcək.


oxunma sayı: 591 | Paylaş:




?>