Bu gün:


FutbolPress.Az | Portuqaliyada Nəsirovun başına gələn qeyri-adi hadisə - VİDEO

Portuqaliyada Nəsirovun başına gələn qeyri-adi hadisə - VİDEO


oxunma sayı: 1324 Paylaş:

FutbolPressAzərbaycan U-21 millisinin üzvü Budaq Nəsirov formasını geyindiyi Portuqaliyanın "Sportinq" klubunun B komandasının oyunu zamanı qeyri-adi halla üzləşib.

O, meydanda olmaya-olmaya komandasının qapısına penalti təyin edilməsinə səbəb olub. Hadisə Sequndanın 41-ci turunda "Akademika"yla (1:2) ev matçında baş verib.

Görüşün 58-ci dəqiqəsində meydanın kənarında isinmə hərəkətlərini yerinə yetirən Budaq həmin istiqamətə gələn topu əllə saxlayıb. Buna görə də qarşılaşmanın baş hakimi "Sportinq"in qapısına penalti təyin edib. "Ağ nöqtə"yə yaxınlaşan qonaq komandanın futbolçusu hədəfdən yayınmayıb.

Nəsirov isə meydana bundan xeyli sonra - 75-ci dəqiqədə daxil olub.



oxunma sayı: 1324 | Paylaş: