Bu gün:


FutbolPress.Az | Mübariz Mənsimov hansı kluba sponsor olmaq istəyir?

Mübariz Mənsimov hansı kluba sponsor olmaq istəyir?


oxunma sayı: 1473 Paylaş:

FutbolPressAzərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyə mətbuatına müsahibə verib. "Palmali" Şirkətlər Qrupunun sahibi futboldan da danışıb.

O bildirib ki, Türkiyədə "Beşiktaş"a azarkeşlik edir və bu kluba sponsor olmaq istəyər:

"Türkiyəyə gəldiyim gündən bəri “Beşiktaş” klubunun tərəfdarıyam. Heç vaxt tərk etmədim, etmərəm də. Sevdalıyam. “Beşiktaş” türk komandasıdır. Bizim rəngimiz ağ-qaradır. Klub prezidenti Fikrət Orman çox uğurludur. Dünyanın ən gözəl stadionunu tikdirib. Bu il inşallah çempion bizik. Bəzi komandalara kömək etdik, amma bunları dilə gətirmək düzgün deyil. Yaxşılığı şouya çevirmək olmaz. Sponsor olmaq qərarını versək, təbii ki, “Beşiktaş”a sponsor olmaq istəyərəm".


oxunma sayı: 1473 | Paylaş: