Bu gün:


FutbolPress.Az | İslamiadanın qalibləri nə qədər qazanacaqlar? - rəsmi

İslamiadanın qalibləri nə qədər qazanacaqlar? - rəsmi


oxunma sayı: 123 Paylaş:

FutbolPressAzərbaycanlı idmançıların İslamiadadakı uğurlu nəticələrə görə nə qədər mükafat alacağı müəyyənləşib. Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. 

IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

- birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

- ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

- üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.


oxunma sayı: 123 | Paylaş: