')

Bu gün:


FutbolPress.Az | Axundov "Kəpəz"dən ayrılması barədə: "Pul söhbəti deyil"

Axundov "Kəpəz"dən ayrılması barədə: "Pul söhbəti deyil"


oxunma sayı: 243 Paylaş:

FutbolPress“Kəpəz”in əsas komandasının kapitanı Tural Axundov Nizami yurdunun təmsilçisindən ayrılıb. Müdafiəçi klub rəhbərliyindən xahiş edərək ailə məsələsinə görə, “Kəpəz”dən ayrılmaq istədiyini bildirib.

Axundov “Kəpəz”dən gedişi haqda klubun saytına da açıqlama verib:

“Gəncə klubunu sırf ailə məsələsinə görə tərk edirəm, ortada pul söhbəti yoxdur. İkinci övladım dünyaya gələndən sonra qayğılar artıb. Ailəmə daha çox yaxın olmaq üçün məcburiyyət qarşısında bu addımı atdım. “Kəpəz”in azarkeşləri qarşısında baş əyirəm. Onlar komandada çıxış etdiyim müddətdə mənə dəstək oldular, hamısına minnətdaram. Klubdan xoş təəssüratlarla ayrılıram”.

Son iki mövsümdə “sarı-göylər”in kapitan sarğını daşımış Axundov 62 oyunda 11 qola imza atıb. Tural “Sumqayıt” ilə müqavilə bağlayıb. Klub futbolçuya əməyinə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayıb. 


oxunma sayı: 243 | Paylaş:




?>