Bu gün:


FutbolPress.Az | "Qəbələ" evdə, "Qarabağ" səfərdə

"Qəbələ" evdə, "Qarabağ" səfərdə


oxunma sayı: 229 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında 2016-2017-ci illər mövsümünün ən yaxşı ev və səfər komandaları müəyyənləşib.

Öz meydanında məğlub olmayan yeganə klub “Qəbələ” olub. “Qırmızı-qaralar” evdə hamıdan çox – 36 xal toplayıb. Bu göstəricidə “Qarabağ” 2-ci, “Kəpəz” 3-cü olub. Məhsuldarlıqda “Qəbələ” qapısının etibarlılığında “Kəpəz” hamıdan öndə qərarlaşıb. Yeganə qələbəsini səfərdə qazanan AZAL öz meydanında qalib gəlməyib və ən zəif komanda olub.
 

1. Qəbələ 14 11 3 0 27 - 7  +20 36
2. Qarabağ (Ağdam) 14 10 3 1 25 - 5  +20 33
3. Kəpəz (Gəncə) 14 7 6 1 14 - 4  +10 27
4. Zirə (Bakı) 14 7 4 3 18 - 11 +7 25
5. İnter (Bakı) 14 7 4 3 23 - 18 +5 25
6. Sumqayıt 14 6 5 3 19 - 17 +2 23
7. Neftçi (Bakı) 14 6 1 7 15 - 20 –5 19
8. AZAL (Bakı) 14 0 4 10   7 - 21 –14 4
 
Ardıcıl 4-cü dəfə çempion tituluna yiyələnən “Qarabağ” rəqib meydanlarında hamıdan güclü olub. Buradakı bütün göstəricilərdə öndə qərarlaşan əyalət klubu səfərdə 29 xal qazanıb. “İnter” 2-ci, “Qəbələ” 3-cü olub.
 

1. Qarabağ (Ağdam) 14 9 2 3 21 - 9  +12 29
2. İnter (Bakı) 14 4 6 4 16 - 15 +1 18
3. Qəbələ 14 3 7 4 21 - 14 +7 16
4. Zirə (Bakı) 14 3 5 6 11 - 15 –4 14
5. Sumqayıt 14 3 3 8   9 - 18 –9 12
6. Neftçi (Bakı) 14 3 1 10   9 - 25 –16 10
7. Kəpəz (Gəncə) 14 2 3 9 10 - 23 –13 9
8. AZAL (Bakı) 14 1 3 10   6 - 29 –23 6
 


oxunma sayı: 229 | Paylaş: