Bu gün:


FutbolPress.Az | Avropa çempionatı: 4 cüdoçumuz mübarizəyə qoşulur

Avropa çempionatı: 4 cüdoçumuz mübarizəyə qoşulur


oxunma sayı: 60 Paylaş:

FutbolPressBu gün Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı start götürəcək.

İlk yarış günündə Azərbaycan milli komandasının 4 üzvü tatami üzərinə çıxacaq.

Kişilərin yarışında Orxan Səfərov (60 kq) 1/8 finalda Matyaj Trboviç (Sloveniya) / Morits Plafki (Almaniya) cütünün qalibi üz-üzə gələcək. Mübarizəyə 1/16 finaldan başlayacaq Nicat Şıxəlizadə isə Manuel Şeybellə (Almaniya) qarşılaşacaq.

Azərbaycanın qadın güləşçiləri də mübarizəyə 1/16 finaldan qoşulacaqlar. Aişə Qurbanlı (48 kq) Gülkader Şentürklə (Türkiyə), Nəzakət Əzizova (52 kq) isə Reka Puppla qüvvəsini sınayacaq.


oxunma sayı: 60 | Paylaş: