Bu gün:


FutbolPress.Az | Kubokun finalını kim idarə edəcək?  - ÖZƏL

Kubokun finalını kim idarə edəcək? - ÖZƏL


oxunma sayı: 338 Paylaş:

FutbolPress"Qarabağ"la "Qəbələ" arasında keçiriləcək Azərbaycan kubokunun final oyununu kimin idarə edəcəyi bəlli olub.

"FutbolPress"in məlumatlı mənbədən əldə etdiyi bilgiyə görə, finalda Fariz Yusifovun başçılıq etdiyi hakimlər briqadası fit çalacaq. Son vaxtlar prinsipial görüşləri yüksək səviyyədə idarə etməsi Yusifovun bu oyuna təyinat almasına səbəb olub.

Sabiq FIFA referisi komandalar arasında keçirilən son iki matçın da baş hakimi olub. O həm III dövrədə Qəbələdə keçirilən oyunda (2:0), həm də aprelin 9-da bu rəqiblər arasındakı son görüşdə (0:0) əsas söz sahibi olub. Həmin qarşılaşmalardan sonra tərəflərin heç birinin hakimlikdən şikayətlənməməsi təyinatda həlledici rol oynayıb. Hakimlər Komitəsi bu oyun üçün Yusifova alternativ kimisə görməyib.

Mayın 5-də keçiriləcək final matçı Naxçıvan şəhər stadionunda təşkil ediləcək.


oxunma sayı: 338 | Paylaş: