Bu gün:


FutbolPress.Az | Daha bir azərbaycanlı idmançıda dopinq tapıdlı

Daha bir azərbaycanlı idmançıda dopinq tapıdlı


oxunma sayı: 67 Paylaş:

FutbolPressAzərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun üzvü Maksim Averinin beynəlxalq yarışlardakı iştirakına qadağa qoyulub.

"Wielerflits.nl" saytının yaydığı məlumata görə, buna səbəb Azərbaycan yığmasının üzvünün orqanizmində istifadəsi qadağan olunan maddənin aşkarlanmasıdır.

Dopinq-test zamanı analizi müsbət nəticələnən Averində meldoni preparatı tapılıb.

Maksim Averin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib.


oxunma sayı: 67 | Paylaş: