')

Bu gün:


FutbolPress.Az | Albaniya millisinin üzvü Azərbaycan klubunda?

Albaniya millisinin üzvü Azərbaycan klubunda?


oxunma sayı: 578 Paylaş:

FutbolPress"PAS Giannina"nın albaniyalı futbolçusu Andi Lila karyerasını Azərbaycanda davam etdirə bilər. Bu barədə "novasports.gr" məlumat yayıb.

Bildirilib ki, Albaniya yığmasının üzvü Azərbaycan klublarının birindən təklif alıb. Ancaq klubun adı açıqlanmayıb. 31 yaşlı müdafiəçi mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməsə, böyük ehtimalla Azərbaycanda çıxış edəcək.

Lina karyerası ərzində "İraklis", "Tirana" və "Pas Giannina"nın formasını geyinib. O, 2015-ci ildə icarə əsasında İtaliyanın "Parma" klubunda top qovub.

Lila Albaniya millisinin də daimi üzvüdür. 2007-ci ildən oynadığı yığma komandada 60 oyun keçirən futbolçu ötən il Avropa çempionatında da iştirak edib. O, həmin turnirdə 2 oyunda meydana çıxıb.


oxunma sayı: 578 | Paylaş:




?>