Bu gün:


FutbolPress.Az | Azərbaycanlı velosipedçi Mərakeş Turunda mərhələ qalibi oldu

Azərbaycanlı velosipedçi Mərakeş Turunda mərhələ qalibi oldu


oxunma sayı: 96 Paylaş:

FutbolPressAzərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Mərakeşdə təşkil olunan 10 günlük "Tour de Maroc" yarışında uğurlu çıxışını davam etdirir. Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı turunun 7-ci mərhələsi də təmsilçilərimiz üçün kifayət qədər uğurlu alınıb.

184,5 km-lik marşrutun lap əvvəlindən irəli atılan Elit yığma komandamızın üzvü Elçin Əsədovun təqib qrupu ilə vaxt fərqi hətta müəyyən zaman kəsiyində 7 dəqiqədən də artıq olub. Bu üstünlüyünü sonadək qoruyan Elçin Mərakeş idmançısı Hatim Kamruçi ilə finişi 4 saat, 57 dəqiqə, 11 saniyəyə keçib və fotofinişə əsasən mərhələnin qalibi olub. "Synergy Baku"nun digər üzvü Yosip Rumaç isə 18 saniyə geri qalmaqla 7-ci mərhələni 3-cü yerdə bitirib. Yeri gəlmişkən, Rumaç ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan "Dağlar Kralı" köynəyini də özündə saxlayır.

Bu gün keçiriləcək 8-ci mərhələdə iştirakçılar 148,5 km məsafə qət edəcəklər. Mərakeş Turunun 1-ci və 4-cü mərhələləri Azərbaycanın Elit yığmasının digər üzvü Kiril Pozdnyakovun qələbəsilə yekunlaşıb və hazırda idmançımız ümumi təsnifatda 3-cü yerdə qərarlaşır.

Komandamızın uğurlu çıxışı mayın 12-22-də Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarının iştirakçı ölkələrindən olan Mərakeşdə Azərbaycanın daha geniş təbliğ olunmasında böyük əhəmiyyət daşıyır. Bundan başqa, Mərakeş Turu "Synergy Baku" üçün mayın 3-7-də keçiriləcək "Tour d'Azerbaidjan" yarışına hazırlığın əsas hissəsini təşkil edir.


oxunma sayı: 96 | Paylaş: