')

Bu gün:


FutbolPress.Az | Yeni UEFA reytinqi: Ən yaxşı nəticə "Qarabağ"da

Yeni UEFA reytinqi: Ən yaxşı nəticə "Qarabağ"da


oxunma sayı: 376 Paylaş:

FutbolPressUEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra bəzi komandaların xal hesabında cüzi dəyişikliklər olub.

Siyahıya “Real” başçılıq edir. Madrid klubuna 1:2 hesabı ilə məğlub olan “Bavariya” 2-ci pillədədi. İspaniyanın digər iki təmsilçisi “Barselona” 3-cü, “Atletiko” 4-cüdü. "Yuventus" isə 5-ci pillədə qərarlaşıb.

Qitənin ali futbol qurumu siyahıya 453 klubun adını daxil edib ki, onların arasında 7 təmsilçimiz də var.

Ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdamlılar 18.050 xalla 106-cı sırada qərarlaşıb.

9.800 reytinq xalına sahib “Neftçi” 162, 7.800 xalı olan “Qəbələ” 185, 6.050 xalla “İnter” isə 229-cu sırada yer alıb.

277-ci pillədə məskunlaşan “Xəzər Lənkəran”ın 4.550, 289-cu “Kəpəz”in 4.050, 307-ci “Bakı”nın isə 3.800 reytinq xalı var.


oxunma sayı: 376 | Paylaş:




?>