')

Bu gün:


FutbolPress.Az | Dortmunddakı partlayış: Hədəf "Borussiya" olub

Dortmunddakı partlayış: Hədəf "Borussiya" olub


oxunma sayı: 162 Paylaş:

FutbolPressDünən Almaniyanın Dortmund şəhərində baş vermiş partlayışla bağlı təfərrüatlar məlum olub. 

ÇL-də "Borussiya" - "Monako" oyunundan əvvəl  alman klubunun avtobusunun yaxınlığında partlayış baş verib. 

Klubun rəsmi Tvitter hesabından stadionun təxminən 10 km yaxınlığında baş verən partlayış nəticəsində avtobusa ziyan dəyib. Məlum olub ki, oyunçulardan biri yaralanıb, ancaq stadion üçün hər hansı təhlükə yoxdur.

Hadisədə biləklərindən yaralanan "Borussiya"nın müdafiəçisi Mark Bartra dərhal xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan futbolçunun sağ qolunun ciddi yaralandığı məlum olub.

Dünən gecə saatlarında Dortmund polisi məsələ ilə bağlı mətbuata rəsmi açıqlama edib:

"Hücumun terror olub-olmadığı qeyri-müəyyən olaraq qalır. Ancaq bir şey dəqiqdir ki, əsas hədəf "Borussiya"nın avtobusu olub. Bu hücumun komandanın bütün heyətini hədəfə aldığını düşünürük".

Bu gün səhər saatlarında isə partlayışın baş verdiyi ərazidə adsız məktub tapılıb. Məktubu yazan şəxs məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.



oxunma sayı: 162 | Paylaş:




?>