')

Bu gün:


FutbolPress.Az | "Yuve" yarımfinalın qapısını araladı  (YENİLƏNİB)

"Yuve" yarımfinalın qapısını araladı (YENİLƏNİB)


oxunma sayı: 321 Paylaş:

FutbolPressBu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. İlk oyun gününə iki qarşılaşma nəzərdə tutulsa da, bunlardan yalnız biri baş tutub.

Dortmundda keçirilməli olan "Borussiya" - "Monako" matçı şəhərdə baş verən terror səbəbindən təxirə salınıb.
 
Günün yeganə və ən maraqla gözlənilən qarşılaşması isə Turində keçirilib. Turnirin favoritləri arasında göstərilən “Yuventus”la “Barselona” münasibətlərinə aydınlıq gətiriblər. Erkən final kimi dəyərləndirilən matçı meydan sahibləri aktivlərinə yazıblar. Oyun "Yuventus"un böyük hesablı qələbəsiylə başa çatıb - 3:0.

Bu nəticə ilə "qoca sinora" yarımfinalın qapısını aralayıb.
 
Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
11 aprel
 
22:45. “Yuventus” (İtaliya) – “Barselona” (İspaniya) 3:0
Qol:
Paulo Dibala, 6, 22, Corco Kyellini, 55

Baş hakim: Şimon Marçinyak (Polşa)
“Yuventus” stadionu
 
22:45. “Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa) (Təzirə salınıb)
Baş hakim: Daniele Orsato (İtaliya)
“Siqnal İduna Park” 


oxunma sayı: 321 | Paylaş:




?>