')

Bu gün:


FutbolPress.Az | Reynaldo baş məşqçisiz qaldı

Reynaldo baş məşqçisiz qaldı


oxunma sayı: 79 Paylaş:

FutbolPress"Adanaspor"un baş məşqçisi Levent Şahin tutduğu vəzifədən istefa verib. Bu barədə 44 yaşlı mütəxəssis Super Liqanın XXVII turunda evdə "Çaykur Rizespor"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra bildirib.

Şahin komandanın uğursuzluqlarında heç kimi günahlandırmadığını və yalnız özünün məsuliyyət daşıdığını söyləyib.

Qış fasiləsində "Qarabağ"ın hücumçusu Reynaldo "Adanaspor"a keçib. O, "Çaykur Rizespor"la matçda meydana 70-ci dəqiqədə - komandası 0:2 hesabı ilə geridə olduğu vaxt daxil olub. 27 oyundan sonra "Adanaspor" 20 xalla turnir cədvəlinin sonuncu - 18-ci pilləsində yer alıb. Levent Şahin "Adanaspor"a 2016-cı ilin dekabrında baş məşqçi təyin olunmuşdu.


oxunma sayı: 79 | Paylaş:




?>