')

Bu gün:


FutbolPress.Az | "İnter" rəsmən avrokuboklarda

"İnter" rəsmən avrokuboklarda


oxunma sayı: 270 Paylaş:

FutbolPressAzərbaycanı 2017-2018 mövsümündə Avropa kuboklarında təmsil edəcək daha bir futbol klubunun adı müəyyənləşib.

Bu, Bakı "İnter"idir. Zaur Svanadzenin komandası Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri yekunlaşdıqdan sonra qitəmiqyaslı turnirlərə vəsiqəni təmin edib. Bakı klubu mübarizəni dayandırsa da, "Qarabağ"ın "Neftçi"ni üstələməsindən (2:0, 0:0) sonra avrokuboklarda iştirak hüququna yiyələnib. Flaqmanın finala yüksələ bilməməsi Avropaya ilk "4-lük"dəki komandaların yollanacaqları anlamına gəlir.

Hazırda 4 belə komandadan 3-ü məlumdur. "Qarabağ", "Qəbələ" və "İnter" həm də çempionluq uğrunda mübarizə aparır. 4-cü vəsiqəyə isə "Zirə", "Sumqayıt", "Neftçi" və "Kəpəz" iddialıdır.


oxunma sayı: 270 | Paylaş:




?>