')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov: "Tənqidlər Əfran İsmayılovu ruhdan salmışdı"

Qurban Qurbanov: "Tənqidlər Əfran İsmayılovu ruhdan salmışdı"


oxunma sayı: 362 Paylaş:

FutbolPressAzərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” (0:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

"Komandamı və azarkeşlərimizi təbrik edirəm. Finala vəsiqə qazandıq. Bu oyunun çətin olacağını bilirdik. Matçın sonuna kimi rahatçılıq olmadı. Nə məndə, nə də futbolçularda. Komandada bir az yorğunluq var. "Qəbələ" ilə oyuna da az qalır. Çalışırıq oyunçuların istirahəti bir qədər çox olsun. "Neftçi", bəlkə də, ən yaxşı oyununu göstərdi. Rəqibə uğurlar arzulayıram. Belə oynamağa davam etsələr, istənilən rəqibə qalib gələ bilərlər".

- Demək olarmı ki, qızıl medalların taleyi "Qəbələ" ilə qarşıdakı oyundan asılıdır?
- Belə düşünmürəm. Çempionatın gedişatına baxsaq, turnir cədvəlində dəyişikliklər çox olub. Baxmayaraq ki, oyun sayı azdı, onların heç biri asan olmayacaq. Daim gərginlik, çətinlik olacaq. Kənardan elə demək olar, amma hələ oyunlarımız var. İstənilən nəticə qeydə alına bilər. Çalışarıq ki, yaxşı olsun. Düşünmədiyimiz oyunlarda xallar itirmişik. Bu baxımdan çempionatın sonuna kimi çox şey dəyişə bilər.

- Son oyunlarda "Qəbələ" ilə bağlı söz-söhbətlərin çox olmamasına görə bəlkə finalda bu komanda ilə qarşılaşmaq istəmirdiz?
- Bu istəməklə deyil. "Qəbələ" ilə ilk finalımız olacaq. Bəzi rəqiblər var ki, onlarla görüşmək istəmirsən. Biri də "Qəbələ"di. Amma bu, söz-söhbətlərə görə yox, oyunun gərginliyinə, ağırlığına görədir. Bu gün biz finala çıxmaya da bilərdik. Finalda maraqlı və çətin oyun olacaq.

- Əfran İsmayılov millinin Almaniya ilə oyunundan sonra çox tənqid olundu. Psixoloji durumu nə yerdədir?
- Nomaldı. İstər-istəməz hansısa oyunçu təriflənir, təqid edilir. Belə hallarla əvvəllər də üzləşib. Təcrübəsi çoxdur. Psixoloji olaraq, tənqidlərə bir az ruhdan düşmüşdü. Çalışdıq aradan qaldıraq. İndi hər şey qaydasındadı.


oxunma sayı: 362 | Paylaş:




?>