')

Bu gün:


FutbolPress.Az | "Forza Neftçi"ni heç azarkeş qrupu saymıram" - Elxan Abdullayev

"Forza Neftçi"ni heç azarkeş qrupu saymıram" - Elxan Abdullayev


oxunma sayı: 870 Paylaş:

FutbolPressAzərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” (0:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

"Qarabağ"ı təbrik edirəm. Oyuna gəlincə, komandamız çox yaxşı oynadı. Təəssüflər ki, ilk oyunda lazım olan hesabı qazana bilməmişdik. Gərək həmin matçda da belə oynayardıq. Uşaqlar bu gün böyük əzmkarlıq göstərdilər".

- Məşqçi təyin ediləndən sonra demişdiz ki, komandamla bağlı iddiam qışdan sonraya qalıb. Amma hazırda həm kubokda, həm də çempionatda şanslarınızı itirmisiz...
- Kubokda şans itib, amma çempionatda avrokuboklarla bağlı şansımız qalıb. Gələndə avrokubok sözü verməmişdim. Sadəcə demişdim ki, komandanı çətin vəziyyətdən çıxaracam. Məncə, "Neftçi"ni çətin vəziyyətdən çıxara bildik. Transferlərimiz deyiləndən az olub. Sadəcə gedən oyunçuların əvəzinə yenilərini gətirmişdik. Mən gələndə neçə legioner var idisə, 3 nəfər artıq olub. Ən böyük problemimiz əsas rəqiblərimizə uduzmağımızdır. Güclü komandaları udsaq da, nisbətən uyğun rəqiblərlə yaxşı çıxış etmədik. Komanda birdən-birə qurulmur. Stabillik üçün vaxt lazımdır.

- İcarə ilə cəlb edilən olan futbolçular gələcək planlarınızda sizə problem yaratmayacaq ki?
- Qışda çətindi yaxşı legioner tapmaq. Amma tapdıqlarımız çox da pis deyil. Bəziləri ancaq bizim büdcəmizdən danışır. Şikovun aldığı maaşa hazırda üç legioner saxlayırıq. Mən də istəyərəm ki, yüksək səviyyəli oyunçularımız olsun. Flaviyonu misal gətirirsiz, o, 800 min manat alırdı ildə. İndiki büdcəmiz elə də böyük deyil. Bu futbolçularla yaxşı nəticə göstəririk.

- Neftçi"ni udan "Sumqayıt"ın da büdcəsi o qədər çox deyil. Sizə elə gəlmir ki, izahınız o qədər də uğurlu olmadı. Azarkeşləriniz də haqlı olaraq etiraz edirlər. İşinizin fiasko olduğunu düşünmürsüz?
- Elə düşünmürəm. Azarkeşlərin fikriylə oturub-durmuram. Mən "Forza Neftçi"ni heç azarkeş klubu saymıram. Müstəqil fan-klubdur. Amma əsl azarkeş özünü elə aparmır. Komandanı sevən fanat 60-cı dəqiqədə "istefa" qışqırmaz. Belələrini azarkeş saymaq olmaz. Biz "Neftçi"nin köhnə fanatları üçün oynayırıq. Adekvat dəstə deyillər və gəlib stadionda xuliqanlıq edirlər. Doğma futbolçularını söyənlərə necə azarkeş demək olar?!

- Düşünmürsüz ki, bu açıqlamalar sizə baha başa gələcək?
- 15-16 yaşlı uşaqlardan qorxmalıyam? Kim istəyirsə, gəlsin mən onu başa sala bilərəm. Stadionda söyüş söyməklə deyil.

- Kamran Ağayevin "Neftçi"yə keçəcəyi deyilir. Hazırda sizin maraq dairənizdə varmı?
- Kamran Ağayevlə əlaqəmiz var. Amma mövsümün sonunu gözləyirik. Yalnzı o vaxt dəqiq nəsə deyə bilərəm. Kamran yaxşı qapıçıdır.

- Yaxşı oynadığınızı deyirsiz, amma komandanız oyun boyu qapıya bir normal zərbə endirə bilmədi...
- Ola bilər siz başqa gözlə baxırsız. Mən mütəxəssis kimi yanaşıram. Oyun məni qane etdi. Sadəcə qol çatışmadı. 

- Deyirsiz ki, "Neftçi"ni sevməyənlər var. Komandanız xalqın sevgisini niyə itirib?
- Azarkeşlərə düzgün istiqaməti göstərilmir. İstəməzdim ki, onlar belə davransınlar. Ola bilər, kimsə onları öyrədir. İki həftə əvvəl məni tərifləyirdilər, bu gün "istefa" qışqırırlar. Elə azarkeşlər var ki, gələndən bəyənmirlər məni, onlara hörmət edirəm. Ancaq bəziləri tamam başqa cür hərəkət edir.


oxunma sayı: 870 | Paylaş:




?>