')

Bu gün:


FutbolPress.Az | Roman Qriqorçuk: "O, nələrisə icad etmək istəyəndə, hər şeyi korlayır"

Roman Qriqorçuk: "O, nələrisə icad etmək istəyəndə, hər şeyi korlayır"


oxunma sayı: 354 Paylaş:

FutbolPressAzərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab atçında "İnter"ə evdə 2:0 qalib gələn "Qəbələ"nin baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Ukraynalı mütəxəssis ilk olaraq oyun haqda fikirlərini bildirib:

"Razıyam. Udmuşuq, finala çıxmışıq. Hər şey yaxşıdı".

- İlk cümlələrinizdən də gördük ki, rahat oynadınız. Əsas heyət oyunçularınıza dincəlmək şansı verdiniz. Fasilədə isə Stankoviçlə Subotiçi də əvəzlədiniz. Bu, o, anlama gəlmir ki, liderə qarşı oyun haqda düşünürdünüz?
- İlk oyundakı qələbə hələ finala çıxmağımız demək deyildi. Sadəcə, sıx qrafikə görə, funksional cəhətdən daha hazır olan uşaqlara güvəndik.

- Dabo-Subotiç tandemi haqda fikirləriniz maraqlıdı. Uikslə Dabonun oyununda geriləmə hiss olunur. Bunun səbəbini nədə görürüsünüz?
- Müxtəlif düzülüşlərə əl ata bilərik. Hər şey oyunçuların bu tapşırıqları hansı səviyyədə həyata keçirməsindən asılıdı. Götürək Dabonu. Uzun müddət oynamadı. Hələ tam bərpa olmayıb. Subotiç də bizim oyun üslubumuza hələ tam uyğunlaşmayıb. Uiks mövsümün əvvəlində hücumameylli mövqedə oynayırdı. Ancaq hesab edirəm ki, Teo bizim modeldə dayaq yarımmüdafiəçisi kimi daha faydalıdı. Təbii ki, hələ bir çox komponentlərdə artırmalıdı.

- Rəşad Eyubov faciəvi futbol sərgilədi. Ancaq sonadək onu dəyişmədiniz…
- Rəşada tövsiyəm budu ki, sadə oynasın. Nələrisə icad etmək istəyəndə, hər şeyi korlayır. Ancaq deməzdim ki, onun oyunu faciəvi idi. Bu gün çox çalışdı. (Sport24.az)


oxunma sayı: 354 | Paylaş:




?>