')

Bu gün:


FutbolPress.Az | Azad Rəhimovdan başqa hamı...

Azad Rəhimovdan başqa hamı...


oxunma sayı: 206 Paylaş:

FutbolPressMartın 30-da Bakı Əyləncə Mərkəzində "Neftçi"nin yubileyi ilə əlaqədar geniş tədbir keçirildiyini, ancaq orda dəvətlilərdən Azad Rəhimov, Rövnəq Abdullayev, Elxan Məmmədov, Ramin Musayev, Sadıq Sadıqov kimi simaların iştirak etmədiyi barədə xəbər vermişdik.

Məsələ ilə bağlı redaksiyamızla əlaqə saxlayan "ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov adıçəkilən qonaqların yubiley ziyafətində iştirak etməməsinin səbəblərini açıqladı:

"Onlardan yalnız Azad Rəhimov səhhətinə görə tədbirə qatıla bilməyib. Digərləri isə ölkə xaricindədilər. Tədbirin gedişi zamanı onlar birbaşa klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə əlaqə saxlayaraq, üzrxahlıqlarını bildirib və "Neftçi"ni yubiley münasibətiylə təbrik ediblər".


oxunma sayı: 206 | Paylaş:




?>