')

Bu gün:


FutbolPress.Az | Kamran Ağayevin legioner həyatı: “Portu”dan “Benfika”ya qədər

Kamran Ağayevin legioner həyatı: “Portu”dan “Benfika”ya qədər


oxunma sayı: 1005 Paylaş:

FutbolPressAzərbaycan millisinin qolkiperi Kamran Ağayevin Portuqaliyanın “Boavişta” klubundakı karyerası başa çatdı. Bu barədə yığmanın baş məşqçisi Robert Prosineçki dünən millinin Almaniya ilə oyunundan sonra keçirilən mətbuat konfransında məlumat verdi.

Kamranın Portuqaliyada legioner həyatı 6 ay yarım çəkdi. O, bu müddət ərzində “Boavişta”nın heyətində ümumilikdə 14 oyuna çıxdı: 12 Premyer Liqa və 1 kobuk matçı.

Ağayevin Portu klubunda debütü derbi oyunununa təsadüf etdi. Eyniadlı “Portu” ilə qarşılaşmada 3 qol buraxan “çərçivə” qoruyucusu həm də kobud səhvlə yadda qalmışdı. Çoxları artıq həmin matçdan sonra üidləri doğrultmayan milli üzvünün legioner həyatının başa çatacağını gözləyirdi.

Ancaq Kamran yenidən start heyətinə qayıtdı. Sonrakı matçlarda da səhvlər etsə də, buraxdığı qollar əsasən müdafiə xəttinin “aktivinə” yazılırdı.

Ağayev Portuqaliyada ümumilikdə 15 dəfə topu qapısından çıxarmalı oldu. Ancaq meydana çıxdığı oyunlarda 4 dəfə "çərçivə"ni toxunulmaz saxlamağı da bacardı. O, eyni sayda sarı, 1 dəfə isə qırmızı vrəqə ilə cəzalandırıldı.

Yanvarın 14-dək keçirdiyi oyunlarda pis/yaxşı komandanın əsas qapıçısı olan Ağayev “Benfika” ilə matçda qapısında 3 top gördü, üstəlik 90+7-ci dəqiqədə rəqib futbolçuların söyüş söyməsinə görə onlarla dalaşdığına görə “qırmızı” ilə cəzalandırıldı. Baş verənlərə görə yerli federasiyanın 3 oyun diskvalifikasiya etdiyi oyunçu bir də “Boavişta”nın heyətində görünmədi.

Hətta bir müddət adı yerli klublarla çəkilən Kamran qışdan sonra da Portuqaliyada qaldı. Bir müddət zədə bəhanələriylə adı iştirak ərizəsin daxil edilməyən qolkiperin artıq klubsuz günləri başlayıb. Gözlənilir ki, yaxın zamanlarda hansısa Premyer Liqa klubunda peyda olacaq.


oxunma sayı: 1005 | Paylaş:




?>