Bu gün:


FutbolPress.Az | Emin Mahmudov: “Əsas odu ki, üzərimizdə təzyiq yoxdu” (MÜSAHİBƏ)

Emin Mahmudov: “Əsas odu ki, üzərimizdə təzyiq yoxdu” (MÜSAHİBƏ)


oxunma sayı: 318 Paylaş:

FutbolPressAzərbaycan millisinin və Portuqaliyanın “Boavişta” klubunun futbolçusu Emin Mahmudov klubun rəsmi saytının suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik.

Azərbaycan millisində ilk oyununuzu necə xatırlayırsız?
- Bu, 2016-cı ilin avqustunda San-Marinoya qarşı olub. İkili vətəndaşlığım var. Daha əvvəl Rusiyanın aşağı yaş millilərində oynamışam.

Milli komandanı dəyişməyiniz necə baş verdi?
- Rusiyada U-15-dən U-21 yığmalarına qədər oynadım. Amma sonra fikrimi dəyişib Azərbaycan yığmasını seçdim. Burda artıq 3 oyun keçirmişəm.

Bu keçid böyük dəyişiklik oldu?
- Xeyr, mən böyük fərq hiss etmədim və çox tez adaptasiya oldum. Mənə Rusiyada da yaxşı idi. Çünki bu ölkədə uzun illər oynamışdım. Ancaq yığmanı dəyişmək çox asan oldu və hazırda özümü yaxşı hiss edirəm.

Azərbaycan millisində özünüzü necə hiss edirsiz?
- Özümü çox yaxşı hiss edirəm. Çünki baş məşqçimiz texnikalı futbola üstünlük verir. Bu da mənim oyun üslubuma çox uyğundu. Daha çox topla oyun –əsl mənim stilim.

Almaniya ilə oyundan nə gözləyirsiz?
- Çox çətin oyun olacaq. Hansı ki, məncə, hazırda dünyanın ən güclü komandasına qarşı oynayacağıq. Rəqibin olduqca yaxşı heyəti var. Almaniyaya qarşı asan olmayacaq. Ancaq əsas odu ki, üzərimizdə təzyiq yoxdu. Əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, rəqibə görə oynamayaq, sadəcə öz bacarıqlarımızı göstərək. Baş məşqçimizin bizdən istədiyi də budu.

Milli komandadan gözləntiləriniz...
- Bütün oyunlar nə qədər çətin olsa da, yalnız qələbəyə köklənəcəyik. Biz hər şeyə hazırıq və addım-addım yüksəlirik. Komandamız olduqca gəncdir. Ancaq getdikcə daha güclü vəziyyətə gəlir.

Yığma ilə bağlı ən böyük arzunuz nədir?
- Dünya və Avropa Çempionatlarının final mərhələsində oynamaq istərdim.

Portuqaliya Avropa çempionu olanda nə hiss edirdiniz?
- Portuqaliya üçün sevindim. Çünki Kristiano Ronaldonu çox bəyənirəm. Daim öz üzərində işləyir və qazandığı hər şeyə layiqdi. Bir gün milli komandada ona qarşı oynamaq böyük zövq olar.


oxunma sayı: 318 | Paylaş: