Robert Prosineçki start heyətini açıqladı
Paylaş:
DÇ – 2018-in seçmə mərhələsində Azərbaycan millisi sabah Almaniya yığmasını qəbul edəcək.
“FutbolPress” xəbər verir ki, oyunöncəsi mətbuat konfransında yığmamızın baş məşqçisi Robert Prosineçki ənənəsinə sadiq qalaraq, meyana buraxacağı ilk “11-liy”i açıqlayıb.
Milli komanda Almaniyaya qarşı bu start heyətiylə oynayacaq:
Kamran Ağayev, Pavel paşayev, Rəşad Sadıqov (k), Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Cavid Hüseynov, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ramil Şeydayev
| Paylaş: