Bu gün:


FutbolPress.Az | "Bizdə həmişə qaşınmayan yerdən qan çıxarmağa çalışırlar" (MÜSAHİBƏ)

"Bizdə həmişə qaşınmayan yerdən qan çıxarmağa çalışırlar" (MÜSAHİBƏ)


oxunma sayı: 347 Paylaş:

FutbolPressAFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun “FutbolPress”ə müsahibəsi...

- Martın 26-da Azərbaycan millisi dünya çempionu Almaniya ilə qarşılaşacaq...
- Əlbəttə ki, ağır oyun olacaq. Özünüz də dediz ki, rəqib dünya çempionudu. Amma mən həmişə tərəfdarı olmuşam ki, komandanın öz oyunu olsun. İnanıram ki, futbolçularımız martın 26-da adlı-sanlı rəqibə qarşı yaxşı oyun göstərə biləcəkər. Əgər oyun olsa, nəticə də olacaq.

- Bu oyunda hansı nəticəyə ümid edək?
- Nəticə məni maraqlandırmır. Əsas odur, çıxıb layiqli mübarizə aparsınlar. Yaddan çıxarmayaq ki, stadionda 30 min azarkeş olacaq. Ən azı onlara görə döyüşmək lazımdı.

- Almaniya millisindən xal almaq ehtimalımız nə qədərdi?
- Heç vaxt proqnoz verməmişəm.

- Bir çoxları düşünür ki, almanlar bu oyunda “dolduracaqlar”...
- Buna inanmıram. Çünki futbolçularla əlaqə saxlamışam. Bəziləri ilə görüşmüşəm. Onlarda ruh var, inam var. Həm də rəqib elə komandadı ki, ona qarşı oyuna köklənmək də asan olacaq. Dünən Çili ilə Argentinanın oyununa baxırdım. Düzdü, Argentina uddu, amma Çili də gözəl oyun göstərdi. Bu futboldu, mən yaxşı oyunun tərəfdarıyam.

- Belə çıxır ki, Almaniyaya uduzmaq olar, əsas yaxşı oyun göstərsinlər...
- Bizdə həmişə qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Elə uduzmaq, uduzmaq... Birinci yaxşı oynamaq lazımdı. Nəticə özü gələcək. Bizi öyrədən dahi məşqçilər həmişə deyirdilər ki, komandanın xal qazanması mübarizə aparmasından asılıdı. Bu yoxdusa, ancaq təsadüf nəticəsində xal qazana bilərsən. Mən istəmirəm ki, Almaniya ilə oyunda təsadüf nəticəsində xal qazanaq.

- Prosineçki almanlara qarşı hansı taktiki sxemə, “11-liy”ə güvənsə, daha uğurlu seçim etmiş olar?
- Bu barədə danışmaq məşqçinin işinə qarşışmaq olardı. Ona görə də nəsə deməyim düzgün olmaz. Öz seçimidi və millinin məşqçisi kimi Prosineçki daha yaxşı bilir kimi oynatmaq lazımdı.

- Daha çox müdafiənin sol cinahında kimin oynaması sual doğurur. Namizədlər Pavel Paşayev və Məhəmməd Mirzəbəyovdu. Onlar da yaxşı formada deyillər...
- “Qəbələ”də Mirzəbəyovun oyununu görmüşük. Deməzdim ki, pis oynayır. Normal formadadı. Amma Paşayevi deyə bilmərəm. Onun necə oynamasından xəbərim yoxdu. Bilirsiz, Prosineçki inanır ki, onları heyətə çağırıb da. Elə deyil?

- Elədi, amma həmin mövqeyə namizədlərdən, məsələn yaxşı formada olan Ufuk Budak kənarda qalıb...
- Dedim axı, bu barədə danışmaq istəmirəm. Məşqçinin seçimidi. Bir də o fikrimə qayıdıram ki, Prosineçki bu oyunçulara güvənir. Əgər inam varsa, nəticə olacaq. Qorxa-qorxa meydana çıxmaq lazım deyil. Komandaya artıq uzun müddətdi ki, demək olar eyni futbolçular çağırılır. Seçmə mərhələdə 7 xalı yığan onlardı. Bu da oyunçulara ruh verir.

- 7 xal demişkən, milli komanda qrup mərhələsinin sonunadək təxminən nə qədər xal toplaya bilər?
- Proqnozlarım düzgün çıxmır. Məncə, yaxşı olmalıdı.

Faiq Tahirov



oxunma sayı: 347 | Paylaş: