Bu gün:


FutbolPress.Az | Köhnə rəhbərlik niyə “Neftçi”nin yubiley oyununa dəvət edilməyib? (AÇIQLAMA)

Köhnə rəhbərlik niyə “Neftçi”nin yubiley oyununa dəvət edilməyib? (AÇIQLAMA)


oxunma sayı: 377 Paylaş:

FutbolPress“Neftçi”nin ötən həftə Premyer Liqada “İnter”lə keçirilən yubiley günü oyununa klubun sabiq rəhbərliyinin dəvət edilməməsi barədə yazmışdıq. Məlumat vermişdik ki, nə “Neftçi”nin sabiq prezidenti Rövnəq Abdullayev, nə PFL prezidenti, bir vaxtlar klubda vitse-prezident olan Ramin Musayev, nə də "ağ-qaralar"ın son illərdə qazandığı uğurlarda böyük rolu olan Tahir Süleymanov stadionda olub.

Bu məsələ ilə bağlı klubdan mövqe öyrəndik. “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov “FutbolPress”ə açıqlamasında 80 illik yubileylə bağlı silsilə tədbirlərin davam edəcəyini və qonaqların martın 30-da Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qarabağ”la oyun günü dəvət ediləcəyini bildirdi:

“İnter”lə 19:37-də başlayan oyun 80 illiyə həsr edilmiş silsilə tədbirlərindən sadəcə biri idi. Ona görə də həmin oyuna heç kim dəvət edilməmişdi. İstər keçmiş rəhbərlik olsun, istərsə veteranlar və digərləri. Yubileylə bağlı tədbirlərimiz davam edəcək. Qonaqların martın 30-da “Qarabağ”la oyun günündə çağırılması planlaşdırılıb. Orda klubun ölkə xaricində yaşayan və azarkeşlərin illərdir görmədiyi veteran futbolçuları da, xüsusi qonaqlar da olacaq. Matçdan əvvəl qala gecə təşkil ediləcək, ziyafət veriləcək. Sonra onlar “Neftçi”nin oyununu izləyəcəklər. Kimlər dəvət ediləcəksə, bu, həmin günə planlaşdırılıb”.


oxunma sayı: 377 | Paylaş: