Bu gün:


FutbolPress.Az | Tellur Mütəllimov "Qəbələ"nin tarixinə düşdü

Tellur Mütəllimov "Qəbələ"nin tarixinə düşdü


oxunma sayı: 207 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXIII turu “Qəbələ”də iki əlamətdar hadisə ilə diqqət çəkib.

AZAL-la oyunda “Qəbələ”nin yeganə qoluna imza atan Tellur Mütəllimov klubun tarixinə düşüb. Müdafiəçi komandanın Premyer Liqada 400-cü qoluna imza atıb. Bu matçadək “qırmızı-qaralar” ölkə çempionatının yüksək dəstəsində 399 dəfə fərqlənmişdi. 400-cü qol 331-ci matça təsadüf edib. Bu qollardan 212-si evdə, 188-i səfərdə vurulub.

“Qəbələ”nin bütün yubiley qolları

1-ci qol - 2006/07 mövsümü
Vüsal Qarayev - 11.08.2006. MKT-Araz (İmişli) - Gilan (Qəbələ) - 4:1
100-cü qol - 2009/10 mövsümü
Kənan Kərimov - 09.02.2010. Qəbələ - Turan (Tovuz) - 1:0
200-cü qol - 2012/13 mövsümü
Lourival Assis - 03.11.2012. Qəbələ - Neftçi (Bakı) - 2:1
300-cü qol – 2014/15 mövsümü
Viktor Mendi – 05.04.2015. AZAL – Qəbələ – 0:4
400-cü qol – 2016/17 mövsümü
Tellur Mütəllimov – 19.03.2017. AZAL – Qəbələ - 1:1


oxunma sayı: 207 | Paylaş: