Bu gün:


FutbolPress.Az | "Nizami Hacıyevə məsləhət görərdim ki, az danışsın" - Elxan Abdullayev

"Nizami Hacıyevə məsləhət görərdim ki, az danışsın" - Elxan Abdullayev


oxunma sayı: 488 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında 23-cü turun “Neftçi” – “İnter” (2:1) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə oyun barədə fikirlərini bildirib:

“Azarkeşlərimizi təbrik edirəm. Stadionda əla atmosfer var idi. Tam üstünlük bizdə idi. Layiqli qələbə qazandıq”.

- Komandanız bir neçə oyundu ki, ikinci hissədə bir qədər zəif təsir bağışlayır. Bu, gələcəkdə avrokuboklarda da sizə problem yarada bilər. Komandanın belə oyunu sizin tapşırığınızdı, yoxsa fiziki problemlər var?
- Oyunda hər şey ola bilər. Erkən qol vuranda rəqib hücum etməli olur. “İnter”ə bu gün, bəlkə də, heç-heçə kifayət idi. İlk qolu biz burduq deyə rəqib açılışmağa başladı. Təəsüf ki, qoldan dərhal sonra qapımızda top gördük. Belə olmasaydı, bəlkə də hesab daha böyük ola bilərdi.

- İstədiyiniz “Neftçi” budurmu?
- Bu komandanı mən 2 aya yığmışam. Əksəriyyəti qışda qoşulub. Komandadan hələ ki, istədiyim oyunu ala bilmirəm. Amma tam razıyam. Əvvəlki dövrlə müqayisədə böyük bir fərq var. Amma optimal formada deyilik. Bunun üçün vaxt lazımdı.

- Qapıçının oyunu sizi qane etdi?
- O, bu gün kobud yox, texniki səhvə yol verdi. Baykoviçdən çox razıyam. O qapıda olanda tam arxayın oluram.

- Müdafiənin mərkəzində dayaq yarımmüdafiəçisi Ruslan Abışovun oynaması o anlama gəlmirmi ki, artıq Jayro Roqdriges sizə lazım deyil?
- Ruslan müdafiənin mərkəzində əvvəllər də oynayıb. Jayro ilə müqayisədə təcrübəlidi. Bu gün daha çox kömək edə bilərdi. Biz də onu meydana buraxdıq. Bunun Jayronun zəif olması ilə əlaqəsi yoxdu.

- Qarşıdan “Qarabağ”la kubok oyununuz var. İstərdim həmin oyun bardə danışasız...
- Həmin oyun bizim üçün böyük imtahandı. Əgər avrokuboklarda iştirak etmək istəyiriksə, bu oyunda maksimumuzu göstərməliyik. Keçən tur “Qəbələ”ni udmağımız sevindirici oldu. “Qarabağ”la oyunda da özümüzü sınayacağıq. Əgər onlara qarş yaxşı oynasaq, deməli avrokuboklarda da oynaya biləcəyik.

- Millinin oyunu ilə bağlı yaranacaq fasilə yaxşı sürət yığan komandanıza mənfi tsir etməyəcək?
- Vaxt var idi mən millidən “Neftçi”yə qayıdanda məğlubiyyəti mənim üstümə yıxırdılar. Amma bununla bağlı deyildi. Çünki mənim köməkçilərim var. Amma indi heç kim danışmır. Bu fasilə bizim üçün həm də işdi. Burda ən böyük yük “Qarabağın üstünə düşəcək. Çünki millidə əksərən bu komandanın üzvləridi. Bizdə isə cəmi 2 nəfər – Namiqlə Ruslan millidə olacaq. Hər ey planla gedir.

- Özünüz də yığmanın məşqilərindənsiz. İstərdim bir az Prosineçkinin futbol fəlsəfəsindən danışasız. Nizami Hacıyev hər dəfə milliyə çağırılmadığına etiraz edir...
- Bununla bağlı danışmaq istəmirəm. Məsləhət görərdim ki, Nizami Hacıyev az danışsın. O, dəfələrlə çıxıb milli komandaya layiq olduğunu deməməlidi. Qoy haqqında başqaları danışsınlar. Hər hansı oyunçunun milliyə çağırılmaması ona haqq vermir ki, çıxıb məşqçini ittiham etsin. Prosineçki heç vaxt deməyib ki, Nizami pis oyunçudur. Sadəcə o deyib ki, komandama uyğun deyil. Hər məşqçinin öz üslubu var.


oxunma sayı: 488 | Paylaş: