Bu gün:


FutbolPress.Az | Yubiley oyununa maraq azdı  (FOTOLAR)

Yubiley oyununa maraq azdı (FOTOLAR)


oxunma sayı: 145 Paylaş:

FutbolPressBu gün 80 illik yubileyini qeyd edən "Neftçi" Premyer Liqanın 23-cü turunda "İnter"i qəbul edir.

Yubiley oyununa maraq gözləniləndən aşağı olub. Əvvəlki matçlardan fərqlilik nəzərə çarpsa da, "Bakcell Arena"nın tribunalarının əksəriyyəti boşdur.

Yalnız fan-klubların yer aldığı qaparxası sektorlardan ikisi dolub. Mərkəzi tribunalarda seyrəklik, digərlərində tamamilə boşluq müşahidə edilir. Görünür, oyun ətrafında yetərincə ajiotaj yaratmaq mümkün olmayıb.

Matçı təxminən 1000-dək azarkeş izləyir.



oxunma sayı: 145 | Paylaş: