Bu gün:


FutbolPress.Az | "Avropa Liqasına vəsiqə qazanmaq üçün..." - Şahin Diniyev

"Avropa Liqasına vəsiqə qazanmaq üçün..." - Şahin Diniyev


oxunma sayı: 139 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXIII turunda “Sumqayıt” ilə görüşəcək “Kəpəz” bu oyunun hazırlığını başa vurub.

Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matç öncəsi klub saytına fikirlərini bölüşüb:

“Hər bir oyun bizim üçün final matçına bərabərdir. Ona görə də “Sumqayıt” ilə görüşümüz çətin olacaq. Rəqib yaxşı komandadır. Həm onlara, həm də bizə Avropa Liqasına vəsiqə qazanmaq üçün xal lazımdır. Bu üzdən xal itirməməliyik. Futbolçular meydana çıxıb maksimum güclərini qoymalı və son nəticədə qələbə qazanmalıyıq. Bilirik ki, bu da çox çətin olacaq. Çünki dediyim kimi “Sumqayıt” da bura o məqsədlə gəlib. Güzəştsiz mübarizə olacaq”. 



oxunma sayı: 139 | Paylaş: