Bu gün:


FutbolPress.Az | "Almaniyaya qarşı oynamaq – bundan yaxşısı ola bilməz" - Dmitri nazarov

"Almaniyaya qarşı oynamaq – bundan yaxşısı ola bilməz" - Dmitri nazarov


oxunma sayı: 177 Paylaş:

FutbolPressAzərbaycan millisinin və "Aue"nin futbolçusu Dmitri Nazarov millimizin DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı keçirəcəyi oyun barədə fikirlərini bildirib.

"Wormser Zeitung"a danışan yarımmüdafiəçi bu matçı karyerasının ən vacib oyunlarından biri  adlandırıb: 

“Əminəm ki, Bakıdakı arena tamamilə dolacaq və orda əla atmosfer olacaq. Almaniyaya qarşı oynamaq – bundan yaxşısı ola bilməz”.

Nazarov Almaniyanın çox güclü olduğunu, amma istənilən rəqibə qarşı oynaya biləcəkərini deyib:

“Biz dünyanın ən yaxşı komandasına qarşı oynayacağıq. Almaniya millisinin meydanın bütün mövqelərində yüksək səviyyədə oynayan futbolçuları var. Amma rəqib nə qədər güclü olsa da, ən yaxşısını göstərməliyik. Futbolda hər şey mümkündür”.

Milli üzvü həmin oyunda meydana çıxacağına ümid etdiyini bildirib:

“Bizim gənc və təcrübəlilərdən ibarət yaxşı komandamız var. Prosineçki ilə təmas halındayıq. Ümid edirəm ki, həmin matçda meydana çıxmaq imkanım olacaq".

Azərbaycan - Almaniya oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 


oxunma sayı: 177 | Paylaş: