')

Bu gün:


FutbolPress.Az | "Rəvan" çempionatdan borclarına görə uzaqlaşdırılıb?

"Rəvan" çempionatdan borclarına görə uzaqlaşdırılıb?


oxunma sayı: 252 Paylaş:

FutbolPress"Rəvan"ın danışılmış oyunlarda iştiraka görə I Diviziondan kənarlaşdırıldığını xəbər vermişdik.

Amma klubdan əsl səbəbin başqa olduğunu deyirlər. Komandanın futbolçusu Cəmşid Məhərrəmov "FutbolPress"ə açıqlamasında məsələ ilə bağlı hər şeyin yoluna qoyulduğunu və oyun alqı-satqısına görə kənarlaşdırılmalarının düzgün olmadığını bildirdi. O, konkret açıqlamasa da, bunda hansısa başqa səbəblərin olduğunu dedi.

"Rəvan"ın sabiq baş məşqçisi Bəhmən Həsənov isə "Report"a açqlamasında əvvəldən də borclara görə komandanın çempionatdan kənarlaşdırılması ilə bağlı ehtimallarının olduğunu söyləyib:

"Mən buna inanmıram. Keçmiş futbolçulara borcumuzun ödənilməyəcəyi halda aşağı liqaya göndəriləcəyimizi bilirdim. Amma danışılmış oyunlarda iştirak səbəbindən belə qərar veriləcəyi ağlıma gəlməmişdi. "Rəvan"ın adı danışılmış oyunlarda hallanmayıb".


oxunma sayı: 252 | Paylaş:




?>