')

Bu gün:


FutbolPress.Az | "Rəvan"ı başqa şeyə görə kənarlaşdırıblar"

"Rəvan"ı başqa şeyə görə kənarlaşdırıblar"


oxunma sayı: 411 Paylaş:

FutbolPressAFFA-nın I Divizionda iki klubu çempionatdan kənarlaşdırması barədə xəbər vermişdik.

"Şərurspor" və "Rəvan" danışılmış oyunlarda iştirakına görə mövsümün qalan hissəsində iştirak etməyəcək. Hər iki  komandaya sonrakı oyunlarda texniki məğlubiyyət veriləcək.

Oyun alqı-satqısına görə, mövsümün sonunadək futboldan kənarlaşdırılan "Rəvan"ın futbolçusu Cəmşid Məhərrəmov bundan xəbərsiz olduğunu dedi:

"Futboldan kənarlaşdırıblar? Kimi? Məni və Elvini? AFFA açıqlayıb? Vallah, xəbəri indi sizdən eşidirəm. Oyuna gəlmişik. Bizə bu barədə heç nə deməyiblər. Elvin Əliyevlə mənə işimizin həll olunduğunu demişdilər. Nəsə yanlışlıq var. Komandanı danışılmış oyunlara görə yox, yəqin başqa şeyə görə kənarlaşdırıblar. Əvvəllər də sizə demişəm, bununla heç bir əlaqəmiz yoxdu. Yəqin ki, rəhbərlik araşdıracaq".


oxunma sayı: 411 | Paylaş:




?>