')

Bu gün:


FutbolPress.Az | Hakimləri təhqir etdi, 5 oyun cəzalandı

Hakimləri təhqir etdi, 5 oyun cəzalandı


oxunma sayı: 141 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda I Divizionun XIX turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Səbail” – “Turan Tovuz” matçının 90+2-ci dəqiqəsində “Səbail"in futbolçusu Saşa Yunisoğlu sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 20 manat cərimə olunub.

“Energetik” – “Ağsu” matçında “Energetik”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.

Oyunun 90+3-cü dəqiqəsində “Energetik”in baş məşqçisi Sahib Qocayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılıb, klub 400 manat cərimə olunub.

“Qaradağ Lökbatan” – “Şahdağ” matçının 73-cü dəqiqəsində “Şahdağ”ın futbolçusu Elçin Sədullayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 20 manat cərimə olunub.

MOİK – “Rəvan” matçının 65 -ci dəqiqəsində “Rəvan”ın futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə edilib.

“Bakılı” – “Şəmkir” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.


oxunma sayı: 141 | Paylaş:




?>