Bu gün:


FutbolPress.Az | AFFA iki klubu çempionatdan kənarlaşdırdı

AFFA iki klubu çempionatdan kənarlaşdırdı


oxunma sayı: 330 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara,  AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Aşağıda adları göstərilmiş 9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilib:

“Şahdağ” (Qusar)

İqrar Səmədov
Uce Cukenyere


“Rəvan” (Bakı)

Elvin Əliyev
Cəmşid Məhərrəmov


“Göyəzən” (Qazax)

Arzuman Vəliyev
Tunar Şahtaxtinski


“Energetik” (Mingəçevir)

Elvin Əlizadə
Kamran  Lalayev
Ruslan Həmidov


Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” və “Şərurspor” I Diviziondan kənarlaşdırılıb. Hər iki klub I Divizionda oyunların  50 %-dən çoxunda iştirak etdiklərinə görə hər iki kluba növbəti oyunlarında  0:3 hesablı texniki məğlubiyyət verilib.

I Diviziondan kənarlaşdırılmış “Rəvan” və “Şərurspor”un oyunçularına “azad agent” statusu verilib.

Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ”, “Energetik”, “Bakılı” və “Göyəzən”ə xəbərdarlıq olunub. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar I Diviziondan kənarlaşdırılacaq.

Hakim - Anar Niyazova ömürlük futbola aid hər bir məşğuliyyət qadağan edilib.

“Şahdağ”ın inzibatçısı Rafael Kübərova 2 il müddətinə futbola aid hər bir məşğuliyyət qadağan edilib.


oxunma sayı: 330 | Paylaş: