Bu gün:


FutbolPress.Az | "Ronaldinyo Akademiyası" işə nə vaxt başlayacaq?

"Ronaldinyo Akademiyası" işə nə vaxt başlayacaq?


oxunma sayı: 137 Paylaş:

FutbolPress“Qəbələ” ilə braziliyalı futbol əfsanəsi Ronaldinyonun adını daşıyan akademiya arasında müqavilə imzalanıb.

Tədbir martın 15-də baş tutub. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində gerçəkləşən imzalanma mərasimi “Burc Əl Ərəb” otelində təşkil olunub.

Öncə “Qəbələ”nin kommersiya direktoru Mustafa Aztopal təqdimatında tədbir iştirakçılarına Azərbaycan, ölkə futbolu, Bakı, Qəbələ və klub haqqında, o cümlədən ölkəmizdəki idman hərəkatı haqda məlumat verilib.

Ardınca 2016-cı ilin oktyabrında Bakıda memorandum imzalayan tərəflər bu dəfə 3 illik anlaşmanı rəsmiləşdiriblər. Müqaviləyə “Qəbələ” İdman Klubu tərəfdən klubun vitse-prezidenti  Fariz Nəcəfov, “Ronaldinho Soccer Academy” tərəfdən isə Ronaldinyo imza atıb.

“Qəbələ” və “Ronaldinho Soccer Academy” arasında müqavilənin sentyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub. Qarşıdakı 1 il ərzində yeni akademiyanın bazasının hazır vəziyyətə gətirilməsi planlaşdırılır.

Tədbirdə çıxış edən Fariz Nəcəfov bu layihənin ölkəmizdə futbolun inkişafına və kütləviləşməsinə verəcəyi təkandan bəhs edib. Beləliklə, lisenziya xarakteri daşıyan bu müqavilə ilə “Qəbələ” əfsanəvi futbolçunun adını daşıyan akademiyanın Azərbaycandakı eksklüziv hüquqlarına yiyələnib.

Müqaviləyə əsasən klubuun üzərinə məktəbin fəaliyyəti üçün baza, təsislər təqdim etmək, şirkətin marka dəyərini qorumaq vəzifələri düşür. “Ronaldinho Soccer Academy” isə eksklüziv ad hüququnu verəcək və lazım olan dəstəyi göstərəcək.


oxunma sayı: 137 | Paylaş: