Bu gün:


FutbolPress.Az | "Finalda "Barselona" ilə oynamaq istəyirik" - Dibala

"Finalda "Barselona" ilə oynamaq istəyirik" - Dibala


oxunma sayı: 39 Paylaş:

FutbolPressÇempionlar Liqasının 1/8 finalının "Portu" (1:0) ilə oyunundan sonra "Yuventus"un  hücumçusu Paulo Dibala fikirlərini bildirib.

O, əsas favoritlərdən olduqlarını və finalda "Barselona" ilə oynamaq istədiklərini deyib:

"Bu heyətlə Çempionlar Liqasını qazana bilərik. A Seriyasında liderik, İtaliya Kubokunun yarımfinalının ilk oyununda qalib gəlmişik və Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazandıq. Bütün turnirləri qazanacaq gücdəyik. İki il əvvəl mən burada olmamışam. Ancaq istəyirəm ki, "Yuventus" həlledici matçda yenidən "Barselona" ilə oynasın".


oxunma sayı: 39 | Paylaş: