Bu gün:


FutbolPress.Az | İcraiyyə Komitəsi hansı qərarları qəbul etdi?

İcraiyyə Komitəsi hansı qərarları qəbul etdi?


oxunma sayı: 116 Paylaş:

FutbolPressBu gün Bulvar otelində AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası ehtimalı ilə bağlı UEFA-dan daxil olmuş xəbərdarlıqlar barədə qərar qəbul olunması İntizam Komitəsinə tövsiyə olunub.

Vüqar Məmməd U-15 və U-16, Mirbağır İsayev U-17, Təbriz Həsənov isə rəsmən U-19 Azərbaycan yığmasının baş məşqçisi təyin edilib.

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsi Biro Jadeyə həvalə olunub.

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək U-23 Azərbaycan yığmasının (1994-95-ci il təvəllüdlü) baş məşqçisi vəzifəsi Yaşar Vahabzadəyə tapşırılıb.

İclasda futbol veteranları - Səməd Qurbanov, Asəf Namazov, Rafiq Mirzəyev, Abdulla Məmmədov, Məzahir Süleymanzadə, Rafiq Quliyev və Rafiq Yusubova AFFA-nın təqaüdü verilməyi qərara alınıb.

Hakimlər Komitəsinin tərkibi təsdiqlənib. Bunlar Elçin Səmədli (Futzal və Çimərlik futbolu üzrə komissiya), Namiq Quliyev (Hakimlərin fiziki hazırlığı üzrə komissiya), Ceyhun Haşımov (Metodiki-Tədris Komissiyası), Kərim Ağayev (Təyinat Komissiyası) və Nizami Şərifovdu (Məsul katib).

Hakim-İnspektorlar Komitəsinin üzvü Bəşir Əliyev komitə üzvlüyündən xaric olunub. Əvəzində Şahin Cəfərov Hakim-İnspektorlar Komitəsinin üzvü təyin edilib.

Bundan əlavə, AFFA-nın yanında Media Komitəsinin fəaliyyət müddətinin uzadılması qərara alınıb.

İclasda “İnter” PİK-in AFFA-nın müvəqqəti idarəçiliyinə götürülməsi ilə bağlı baş katibliyin hesabatı dinlənilib.


oxunma sayı: 116 | Paylaş: