')

Bu gün:


FutbolPress.Az | Elxan Məmmədov: "Hər dəfə UEFA-dan xəbərdarlıq gəlir"

Elxan Məmmədov: "Hər dəfə UEFA-dan xəbərdarlıq gəlir"


oxunma sayı: 273 Paylaş:

FutbolPressAFFA-nın növbəti Hesabat Konfransı keçirilir.

Tədbirdə çıxış edən qurumun baş katibi Elxan Məmmədov ötən il görülən işlərdən danışıb. O, müsbət məqamlarla yanaşı, mənfiliklərdən də danışmağın lazım olduğunu bildidib:

"2016-cı il Azərbaycan futbolunda hadisələrlə zəngin il oldu. Bir sıra uğurlarımız oldu. Amma müsbət məqamlarla yanaşı, mənfiliklərdən də danışmaq lazımdı. Bunların içində ən vacibi I Divizionda danışılmış oyunlarla bağlı şübhə oldu. Artıq keçən ildən belə hallar cinayət işi kimi qəbul ediləcək. Biz də buna qarşı mübarizə ilə bağlı araşdırma prosesinə başladıq. Amma 2017-ci ilin ilk 3 ayında hər həftə UEFA tərəfindən xəbərdarlıq gəlir. UEFA ilə əməkdaşlıq müqaviləsi bağlanılıb. İl ərzində təxminən 30 min oyuna nəzarət edilir, sonra isə bütün federasiyalara məlumat göndərilir. Biz çalışmalıyıq ki, Premyer Liqanı təmiz saxlayaq və I Divizionu bu virusdan sağaldaq. Əgər bunu bacarmasaq, Azərbaycan futboluna sanksiyalar tətbiq oluna bilər. Əlimizdən gələni etməliyik ki, bu virus, şübhə digər idman növlərinə də siraət etməsin".


oxunma sayı: 273 | Paylaş:




?>