')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" Ronaldinyonu reklam rolikinə çəkdi  (FOTO)

"Qəbələ" Ronaldinyonu reklam rolikinə çəkdi (FOTO)


oxunma sayı: 365 Paylaş:

FutbolPress"Qəbələ" rəsmiləri Ronaldinyo Akademiyası ilə bağlı ulduz futbolçu ilə münasibətləri rəsmiləşdirmək üçün Dubaydadır.

Bu gün "sambaçı"nın iştirak etdiyi reklam roliki çəkilib. Bu barədə "FutbolPress"ə klubun media və marketinq meneceri Səməd Nəsibov məlumat verib.

O bildirib ki, rəsmi müqavilə sabah imzalanacaq:

"Bu gün Ronaldinyo Akademiyası ilə bağlı reklam roliki çəkdik. Rəsmi müqavilə isə sabah imzalanacaq. Məsələ ilə bağlı 15:00-da mətbuat konfransı keçiriləcək. Konfransin, biz tərəfdən olmasa belə, qarşı tərəfdən canlı yayımının təşkil ediləcəyi gözlənilir. Özümüz də yayımlamaq istəyirdik, amma müəyyən səbəblərə görə baş tutmayacaq".

Çəkiliş prosesindən bu fotonu isə Ronaldinyo rəsmi "İnstagram" hesabında paylaşıb.



oxunma sayı: 365 | Paylaş:




?>